Haberler

Haydar Aliyev 99 Yaşında

10 Mayıs 2022 Salı - Okunma: 678
Haydar Aliyev 99 Yaşında

Azerbaycan Devleti 'nin Milli Lideri Haydar Aliyev yaşasaydı bugün 99 yaşında olacaktı. 

Azerbaycan' ının Millî Lideri Haydar Aliyev, yalnız Azerbaycan' ın değil Türk  Dünyasının Büyük Önderlerinden biri olarak tanınmakta ve kabul görmektedir. 

Marmara Grubu Vakfı 'nın Onursal Başkanlığı' nı da yapan Büyük Önder Haydar Aliyev : Avrasya Ekonomi Zirveleri 'nin de kurucularındandır. 
 
Büyük hatırası önünde saygı ile eğiliyoruz. 
 
Büyük Önder Haydar Aliyev' in doğum günü münasebetiyle  Marmara Grubu Vakfı Genel Başkanı Dr Akkan Suver Milliyet Gazetesi'nde bir makale yazdı. Dr Akkan Suver 'in makalesini aşağıda bulacaksınız :
 
 
Dr. Suver ayrıca Haydar Aliyev'in doğum günü münasebeti ile, Azerbaycan Haber Ajansı AZƏRTAC'a  bir mülakat verdi. İlgili mülakat aşağıdaki gibidir;
 

İstanbul, 10 may, AZƏRTAC

Böyük hörmət və ehtiramla yad etdiyimiz müasir Azərbaycanın qurucusu Heydər Əliyevi 1998-ci ildə Mərmərə Qrupu Vəqfinin rəhbəri kimi tanımaq şərəfinə nail oldum. Ümummilli Liderin o gündən əbədiyyətə qovuşana kimi doğru istiqamətvericiliyi və əvəzsiz xidmətləri ilə vətəndaş cəmiyyəti sahəsində böyük nailiyyətlərə imza atdıq. Ölkəsində xaosun, torpaq itkisinin yaşandığı bir vaxtda Azərbaycan xalqının dəvəti ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər təkcə Azərbaycanın yenidən qurulması və inkişafını deyil, eləcə də bütün türk dünyasının birliyini təmin edən müstəsna şəxsiyyətlərdəndir. Bu gün müasir və inamlı insanların yaşadığı müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ən böyük əsəridir. “Bir millət, İki dövlət” fəlsəfəsi isə Ulu Öndərin Türkiyə-Azərbaycan qardaşlığına qoyduğu ən gözəl miras, ali baxışıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ifadə edib.

O deyib: “Hakimiyyəti dövrü ərzində Azərbaycanda, eləcə də Qafqazda inanılmaz uğurlara imza atan Ulu Öndər, ATƏT-in Lissabon Zirvəsində yüksək inandırma qabiliyyəti nümayiş etdirərək Qarabağın Azərbaycan ərazisi kimi təsdiq edilməsini təmin etdi. Bu, fövqəladə uğurlu qərar Ermənistan istisna olmaqla bütün iştirakçı dövlətlər tərəfindən qəbul edildi. Bu, o günün şərtləri ilə beynəlxalq aləmdə görünməmiş hüquqi qələbə idi. Həmçinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasında mühüm rol oynayacaq və illər sonra 44 günlük İkinci Qarabağ müharibəsinin hüquqi əsaslarını yaradacaq tarixi hadisə idi. Bu gün dünyanın ən qüdrətli ordularından olan, hərbi mərkəzlər tərəfindən təhlil edilən, öyrənilən, müasir Azərbaycan Ordusu da onun əsəridir”.

Ülu öndər Heydər Əliyevin beynəlxalq arenada müstəqil Azərbaycanın etibarını dünyanın nüfuzlu ölkələrinə qəbul etdirən dahi lider olduğunu vurğulayan Akkan Suver bildirib: “O, Azərbaycan dövlətini mühüm beynəlxalq təşkilatlara üzv etməklə dünyada ölkəsinin təsirini artırdı. Hər şeydən əvvəl ulu öndər Heydər Əliyev Azərbaycan və Türkiyə arasında möhkəm həmrəyliyin əsaslarını yaratdı. Qafqazın təhlükəsizliyinin təminatı kimi gördüyü bu qardaşlıq münasibətlərini daha da inkişaf etdirərək hər biri özü-özlüyündə böyük bir əsər olan möhtəşəm layihələri Türkiyə ilə paylaşdı. Azərbaycanın təbii sərvətlərinin istifadəsi və dünya bazarlarına çıxarılması bu çərçivədə həyata keçirildi. Ulu Öndər Türkiyənin dünyada enerji dəhlizinə çevrilməsi istiqamətində strateji addımlar atdı. İki qardaş ölkənin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Ulu Öndərin başlatdığı bu yol xəritəsinə sadiq qalaraq dövlətlərimiz arasındakı bağın daha da güclənməsi üçün əvəzsiz xidmətlər göstərdilər”.

“Dünən Heydər Əliyevlə başlayan işlərin nəticəsidir ki, Türkiyə və Azərbaycan bu gün strateji müttəfiq olmaqla yanaşı, həm də regionun sülh və təhlükəsizliyinə töhfə verən iki amildir. Münasibətlərimiz iqtisadi baxımdan olduğu kimi məna baxımından da çox böyükdür. Birgə layihələrimiz bölgədə sabitliyin təminatı olmaqla yanaşı, regional əməkdaşlıqda yeni üfüqlər açır və gücümüzü artırır. Həyatı boyu bütün əsərlərini türk dünyasına, türk birliyinə və Türkiyə Respublikasına inamı, uzaqgörənliyi ilə formalaşdıran, Azərbaycanla Türkiyəni Bakı-Tiflis-Ceyhan boru kəməri ilə bir-birinə bağlayan Azərbaycanın Ümummilli Liderinin inancında və mübarizəsində nə qədər haqlı olduğunu ötən günlərdə yazılan şanlı Qarabağ dastanında bir daha gördük. Azərbaycanın əldə etdiyi Qarabağ Zəfəri Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevin Heydər Əliyev siyasi kursuna sadiqliyinin sübutudur”, deyə Akkan Suver qeyd edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul